Modern.az

Azərbaycan ordusu bu illərdə 249 erməni hərbçini məhv edib - RƏSMİ

Azərbaycan ordusu bu illərdə 249 erməni hərbçini məhv edib - RƏSMİ

2 Dekabr 2019, 14:32

Ermənistan ordusu 2010-2019-cu illərdə 630 hərbi qulluqçusunu itirib.

 

Modern.az Ermənustan KİV-nə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi məlumat yayıb.

2010-cu ildən 2019-cu ilin 11 noyabrına qədər aparılan monitorinq zamanı həlak olan 630 hərbçidən 249-u Azərbaycan Ordusu ilə atışmalar zamanı ölüb. Qeyri-döyüş itkiləri 381 dəfə qeydə alınıb ki, onun da 88-i intiharlarla bağlıdır.   

 

 “Jurnalistlər insan haqları uğrunda” təşkilatının sədri, hüquq müdafiəçisi Janna Aleksanyan isə intihar hallarının epidemiya halı aldığını deyib.

“2019-cu ildə 9 intihar faktı qeydə alınıb. 2018-ci ildə bu rəqəm 11, 2016-cı ildə 13, 2013-cü ildə isə 3 dəfə qeydə alınıb. Hərbçilər arasında intizam pozuntusu, “dedovşina” və psixoloji basqıların geniş yayılmasını intiharların artım səbəbidir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər