Modern.az

Azərbaycanda mərkəzi xəstəxana yandı - FOTO

Azərbaycanda mərkəzi xəstəxana yandı - FOTO

11 Dekabr 2019, 11:46

Yevlax Şəhər Mərkəzi Xəstəxanasının dördmərtəbəli binasının üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildiriblər ki, yüksək temperaturdan üçüncü mərtəbənin tavanı əriyib. Yanğın zamanı 8 xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi