Modern.az

İslamı qəbul edən dünya ULDUZLARI

İslamı qəbul edən dünya ULDUZLARI

14 Dekabr 2019, 09:00

İslam, dünyanın ən sonuncu, eyni zamanda mükəmməl dinlərindən biri hesab olunur. Hazırda 1,8 milyarddan çox insan var ki, bu dinə inanaraq, onun bütün vacib əməllərini yerinə yetirir. Bu dinin gözəlliyidir ki, artıq müasir dünyada insanlar dinlərini dəyişərək, İslam dininə pənah gətirirlər. Dinini dəyişənlər arasında təkcə adi insanlar yox, eyni zamanda dünya ulduzları da yer almaqdadır.

 

Modern.az  İslam dinini qəbul edən dünya ulduzlarının adlarını təqdim edir:

 

1. İslamı qəbul edən məşhurlardan biri də Hollivud ulduzu Uil Smitdir. Aktyor filmdə Məhəmməd Əlini canlandırdıqdan sonra belə bir qərar qəbul edib. Hollivud ulduzu İslam dinini qəbul etməkdə heç də peşman olmadığını bildirib.

 

2. Dəb ikonası, beynəlxalq hüquq üzrə mütəxəssis və Corc Klunini evlənməyə, hətta ata olmağa razı salmış qadın Amal Kluni İslam dininə sitayiş edir. Əkiz övlad gözləyən Amalın övladlarını hansı dinə yönəldəcəyi böyük maraq doğurur.

 

 

3. Məşhur Survivor yarışmasının iştirakçısı, model “Kainat gözəli”seçilən Almeda Abazi də müsəlmanlığı qəbul edib. Əslən Albaniyadan olan model öz dininə sadiq qalmadığını da söyləyib. Qeyd edək ki, Almeda Albazi türkiyəli məşhur aktyor Tolgahan Sayışmanla 2017- ci ildə ailə həyatı qurub. Hazırda Türkiyədə yaşayır.

 

4. Əsl adı Frederick Russell Jones olan məşhur Amerikalı pianoçu, cazmen İslam dinini qəbul etdikdən sonra adını dəyişərək Əhməd Camal qoyur. Hər kəs onu Ahmad Jamal deyə tanıyır.

 

5. Maykl Ceksonun doğma bacısı Canet Cekson da İslamı qəbul edənlərin sırasındadır. Canet Yaxın Şərqə köçərək İslam dinin qəbul edib. Onun müsəlmanlığı qəbul etməsində qətərli milyarder əri Vissam Əl Mana mühüm rol oynayıb. Hətta müğənni dinini dəyişdikdən sonra, hicaba keçib.

 

6. Məşhur amerikalı reper, aktyor Snoop Dogg (əsl adı Calvin Cordozar Broadus) 2009-cu ildə tanış olduğu “Nation of Islam” qrupuna qoşularaq, müsəlmanlığı qəbul edib.

 

7. Tanınmış model Fələstin əsilli Bella Hadid də İslam dinini qəbul edib. O, hətta hər fürsətdə müsəlman olduğunu bildirir. Üslubu ilə fərqlənən Bella Hadid jurnalların birinə verdiyi müsahibədə müsəlman olduğundan qürur hissi keçirdiyini söyləyib.

 

8. Oskar qazanan ilk müsəlman aktyor Mahershala Ali İslam dini inancına görə yaşayır. Hətta dinin əsas vacib əməllərini də yerinə yetirir.

 

9. Tyerri Anri İslam dinini 2006-cı ildə qəbul edib. İslam dininə marağı onda məşhur fransız futbolçu Frank Riberi oyadıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi