Arxiv
14 Dekabr 2019, 12:22 | AKTUAL
İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”

Sabiq Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Turqut Qəmbər özü şəxsi feysbuk hesabında paylaşım edib.

 

“Bu gün növbədənkənar parlament seçkilərində iştirak etmək məqsədiylə namizədliyimin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim etdim. Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm”, - deyə Turqut Qəmbər bildirib.

 

Qeyd edək ki, İsa Qəmbərin 30 yaşlı oğlunun seçkilərə qatılması maraqla qarşılanıb.

Bəs görəsən, Turqut Qəmbərin seçkilərdə iştirak qərarı iqtidarın gəncləşmə siyasətinə dəstək nümayişi ola bilərmi?

 

Ana Vətən Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirdi ki, o, İsa Qəmbərin oğlunun bu addımını normal qarşılayır:

 

“İsa Qəmbər Azərbaycanın vətəndaşıdır, oğlu da həmçinin və konstitusiyanın ona vermiş olduğu hüquqlardan istifadə edərək öz namizədliyini irəli sürüb. Bunun gəncləşmə siyasətinə nə adiyyatı ola bilər ki? Düşünürəm yüzlərlə gənclərimiz var ki, müxtəlif dairələrdən seçkilərə qatılaraq özlərini sınayacaqlar. Ölkənin bütün sahələrində həyata keçirilən islahatların müəllifi cənab prezidentdir. Təbii ki, bu müəlliflik prezidentə aid olan bir şeydir. Ölkədə prezident tərəfindən yeni ab-hava yaradılıb. Bu ab-havada da gənclərimiz fəallaşıb. Bu kimi məsələlər də çox yaxşı bir haldır. Tövsiyyə edirəm ki, gənclərimiz daha da fəallaşsınlar, gələcək ciddi siyasi proseslərə özlərini hazırlasınlar. Bu baxımdan dəyərləndirsək, bunun özü də ciddi bir platformadır. Bu prosesə qoşulan hər kəsə uğurlar arzulayıram. Hesab edirəm ki, son seçim və söz xalqın olacaq”.

 

Fəzail Ağamalı qeyd edib ki, birinin digərindən nə üstünlüyü, nə də aşağılığı var:

 

“Onların hər biri ölkənin vətəndaşıdır. Hər birinin də seçib-seçilmək hüququ var. Bu hüquqdan da güc tapıb istifadə edən hər kəsin addımını da normal qarşılamaq lazımdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17 Rəşad Mahmudov seçicilərlə görüşdü: şəhid atasına baş çəkildi – FOTO 20 Yanvar 2020, 20:01 Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Hicran Hüseynova Sumqayıtda aztəminatlı ailələrlə görüşüb - FOTO 20 Yanvar 2020, 18:10 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32 "Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib 20 Yanvar 2020, 15:24 Bir gündə 20 cinayətkar tutuldu 20 Yanvar 2020, 15:17 Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başladı 20 Yanvar 2020, 15:10 Baş prokuror istefa verdi 20 Yanvar 2020, 15:02 Azərbaycanda kişi küçədə soyuqdan donaraq öldü 20 Yanvar 2020, 14:55 Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR 20 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Rövşən Sadıxov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 20 Yanvar 2020, 14:40 Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB 20 Yanvar 2020, 14:33 ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb - FOTO 20 Yanvar 2020, 14:24 "Qoca"nın qardaşı həbs olundu - FOTO 20 Yanvar 2020, 14:15 Türkiyənin Azərbaycandakı səfirliyinin bayrağı endirilib 20 Yanvar 2020, 14:09 Gəncədə ümumşəhər tədbiri keçirilib - FOTO 20 Yanvar 2020, 14:03
SORĞU Yeni parlamentdə kimlər olsun?