Modern.az

Çin ABŞ-ı kosmosda geridə qoydu

Çin ABŞ-ı kosmosda geridə qoydu

Dünya

31 Dekabr 2019, 12:20

Dünya Çinin peyk mərkəzli yer sistemi Beidou yaxında istifadəsini gözləyir.

Modern.az KİV- nə istinadən xəbər verir ki, ABŞ və Çin arasındakı gərginlik kosmosda davam edir. Çin, GPS ilə rəqabət aparacaq peyk mərkəzli qlobal yer sistemi Beidou'nun bir neçə ay ərzində tamamlanacağını açıqlayıb. 2000-ci ildən bəri naviqasiya sisteminə 53 peyk göndərən ölkənin bəzi peykləri artıq bu sistem üçün işləyir. Son iki peykin 2020-ci ilin iyununda istifadəyə veriləcəyi və Beidou sisteminin 35 peyklə tamamlanacağı açıqlanıb.

 

ABŞ-ın qlobal məkan sistemi (GPS) kosmosda 30-a yaxın peykdən istifadə edir. Nikkei Asian Review-dəki xəbərə görə, Çin maraqlarını qorumaq üçün bu GPS sistemindən müstəqil bir naviqasiya sistemi hazırlayıb. Beidou Naviqasiya Peyk Sisteminin sözçüsü Ran Chengqi, peykin mövqeyinin dəqiqlik səviyyəsinin artıq 5 metr olduğunu və gələn ilin sonuna qədər santimetrə enəcəyini söyləyib. Şirkət gələcək axtarış və xilasetmə işlərində kömək edəcəyini də bildirib.

Beidou naviqasiya sistemi Çində muxtar nəqliyyat vasitələri və mobil telefon texnologiyalarını inkişaf etdirmək üçün də istifadə ediləcək. Nikkei Asian Review-ə görə, Beidou, istifadəçilərin bir-biri ilə əlaqə qurması üçün mətn mesajlaşma xidmətini də əhatə edəcəkdir. Ölkə, həmçinin naviqasiya sistemini Cənub-Şərqi Asiya, Cənubi Asiya, Afrika və Şərqi Avropaya açmağı planlaşdırır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır