Modern.az

Tanınmış təhsil ekspertinin deputatlığa namizədliyi qeydə alınıb

Tanınmış təhsil ekspertinin deputatlığa namizədliyi qeydə alınıb

Ölkə

12 Yanvar 2020, 16:06

Tanınmış təhsil eksperti Etibar Əliyevin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyi qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Etibar Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

 

Etibar Əliyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

 

Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev 31 saylı Suraxanı ikinci seçki dairəsində YAP-ın namizədi Nizaməddin Ağcayev və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, beşinci çağırış Milli Məclisin deputatı Fərəc Quliyevlə mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI