Modern.az

Vitse-prezident nazirlikləri qınadı: “Potensialımızdan yararlanmırlar”

Vitse-prezident nazirlikləri qınadı: “Potensialımızdan yararlanmırlar”

Aktual

15 Yanvar 2020, 19:26

“Nazirliklərimiz elmə yönəlmirlər və AMEA-nın potensialından istifadə etməyərək,xarici ölkələrə üz tuturlar”.

 

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

 

O, akademiyada bir çox problemlərin olduğunu qeyd edib:

 

“Nazirliklərimiz xüsusən də Kənd Təsərrüfatı Nazirliyi elmə və innovasiyalara az dəstək verir və ümumiyyətlə dəstək vermirlər. Onlar xarici ölkələrə və şirkətlərə yönəlirlər. Bu da bizim gəlirlərimizin aşağı düşməsinə səbəb olub. Mən onlara demək istərdim ki,elmə dəstək versinlər və öz ölkəmizin insanlarının əməyindən istifadə etsinlər”.

 

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağıbda akademiyanın bölmə rəhbərləri hesabat məruzəsi ilə çıxış ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir