Modern.az

BƏƏ-dən İsrailə 4 gündə 37 uçuş olub - SƏBƏB

BƏƏ-dən İsrailə 4 gündə 37 uçuş olub - SƏBƏB

Dünya

Bu gün, 12:58

Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Baş İdarəsi "Flydubai" aviaşirkətinin ləğv olunan reyslərinin sərnişinlərinin ölkədən İsrailə təxliyəsini başa çatdırıb.

Modern.az xəbər verir ki, bu barədə “Khaleej Times” məlumat yayıb.

Məlumata görə, oktyabrın 2-dən etibarən Dubaydan İsrailin Ben-Qurion hava limanına 37 uçuş həyata keçirilib. Bu reyslərdən ümumilikdə 7 479 sərnişin istifadə edib. Qeyd olunur ki, sərnişinlərin İsrailə çatdırılması üçün təşkil edilən uçuşlar “Etihad Airways” və İsrail aviaşirkətləri tərəfindən həyata keçirilib. BƏƏ Mülki Aviasiya Baş İdarəsi bildirib ki, “Etihad Airways” Tel-Əvivə uçuşlarını davam etdirir.

Xatırladaq ki, BƏƏ-nin “Flydubai” aviaşirkəti hakimiyyət orqanlarının tələbi ilə Tel-Əvivə uçuşları dayandırıb. Buna səbəb aviaşirkətin təyyarələrindən birində baş verən insident olub. Sentyabrın 30-da Dubaydan Tel-Əvivə uçan “Flydubai” təyyarəsi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Tabuk şəhərinin hava limanına məcburi eniş edib. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi oktyabrın 1-də açıqlama yayaraq insidentin səbəbinin ikinci pilotun təyyarənin komandirinə hücumu olduğunu təsdiqləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir