Modern.az

“Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb

“Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb

19 Yanvar 2020, 11:18

"Neftçi" baş məşqçisi Roberto Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb. 

 

Modern.az xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, "Neftçi” PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib.

 

Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib. Bu qərara əsasən, dünən baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

 

Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

 

"Neftçi” PFK italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir