Arxiv
21 Yanvar 2020, 15:13 | AKTUAL
Saatlılar yenə də akademik Əhliman Əmiraslanova səs verəcəklər - FOTO

2020-ci ilin fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı  YAP Saatlı rayon təşkilatı 65 saylı Saatlı- Sabirabad-Kürdəmir seçki dairəsi üzrə YAP-ın vahid namizədi Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.  Əhliman Əmiraslanovun seçicilərlə növbəti görüşü Saatlı rayonunun Varxan kəndində keçirilib.

Görüşdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev bildirib ki, Əhliman Əmiraslanov saatlılar üçün doğma insandır. Onun Milli Məclisdəki fəaliyyəti ümumilikdə xalqımız və dövlətimiz üçün çox səmərəli olub. Bu mənada inanıram ki, saatlılır bu seçkidə də hörmətli akademikimizi yekdilliklə dəstəkləyəcəklər.

Görüşlərdə çıxış edən Əhliman Əmiraslanov bildirib ki,  ölkəmiz bu gün çox böyük iqtisadi və siyasi islahatların ərəfəsindədir. Biz cənab Prezidentimizə bu işlərdə dəstək olmalıyıq. Ona görə də partiyamızın namizədlərinə dəstək olmaq dövlətimizin uğurlarına dəstək olmaq deməkdir.

Akademik xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da Sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatırıldı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqlarında növbəti addımlar həyata keçirildi. Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir.

Görüşdə çıxış edən Varxan kənd və ətraf Seyidlər, Qaracalar və Gomuşçu kəndlərindən olan çoxsaylı seçicilər akademik Əhliman Əmiraslanova səs verəcəklərini birmənalı şəkildə ifadə ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Bakıda futbol matçını Əliyevlə birgə izləmək istəyir 25 Fevral 2020, 22:53 Məhkəmələrin seçkilərlə bağlı fəaliyyəti tam başa çatmayıb 25 Fevral 2020, 22:41 Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər 25 Fevral 2020, 22:33 MSK seçkilərə yekun vurdu: sənədlər Konstitusiya Məhkəməsinə göndərilir 25 Fevral 2020, 22:19 "Gənclər Azərbaycanda seçki prosesində yüksək rol oynadı" - MSK sədri 25 Fevral 2020, 22:07 Bakıda mənzildə 35 yaşlı qadının meyiti tapıldı 25 Fevral 2020, 21:49  Moldova "Xocalıya ədalət" şüarı  altında fleş-mob keçirildi - FOTOLAR 25 Fevral 2020, 21:36 Müəllimi özünü dənizə atan qızdan yazdı: "Nə bilərdim ki..." 25 Fevral 2020, 21:22 14 türk Ankaraya aparıldı 25 Fevral 2020, 21:07 Masazır sakini güllələnərək öldürülüb 25 Fevral 2020, 20:53 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 25 Fevral 2020, 20:36 Zaqatalada itkin düşən məktəbli tapılıb - FOTO 25 Fevral 2020, 20:18 87 məntəqə seçki komissiyası buraxılıb 25 Fevral 2020, 20:01 Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb 25 Fevral 2020, 19:40 Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı 25 Fevral 2020, 19:32 İlham Əliyev Ərdoğanın şərəfinə şam yeməyi verdi - FOTO 25 Fevral 2020, 19:23 Erkin Qədirlinin şikayəti təmin olunmadı 25 Fevral 2020, 19:20 MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib 25 Fevral 2020, 19:14 Tərtərdə 30 yaşlı kişi dəm qazından zəhərləndi 25 Fevral 2020, 19:10 İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXI 25 Fevral 2020, 19:03 Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN 25 Fevral 2020, 18:57 Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat önünə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42