Modern.az

Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var

Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var

Aktual

21 Yanvar 2020, 20:03

Kürdəmir rayonunda yol qəzası baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Adil Səmid oğlu Babayevin idarə etdiyi yüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Üç yaralı sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlardan ikisinin Kürdəmir rayonunun Şilyan kənd sakinləri, 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır