Goranboy rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat iclası keçirilib.
Modern.az xəbər verir ki, hesabat iclasında rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, aidiyyəti idarə-təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
İclasda Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndə və Bələdiyyənin illik hesabat məruzələri dinlənildi və sonra şəhər sakinləri tərəfindən Goranboy şəhəri ərazisində mövcud problem və həlli vacib məsələlərlə bağlı çıxış və təkliflər eşidilib.
Hesabat iclasına Rayon İcra Hakimiyyəti başçısının çıxışı ilə, yekun vurulub.