Modern.az

Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO  

Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO  

25 Yanvar 2020, 16:16

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadə Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən hərbi şəhərçiyin sakinləri ilə görüşüb.

Modern.az xəbər verir ki, ehtiyatda olan hərbi qulluqçuların, şəhid ailələrinin və hərbi şəhərçiyin sakinlərinin iştirak etdiyi görüşdə ölkə Başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində görülən böyük işlərdən danışılıb.

 

Qeyd edilib ki, Prezident İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, bütün sahələrində qazanılan əsaslı uğurlar Azərbaycan vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşdırılması üçün atılan addımlara nümunədir. 

 

Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdar olduqlarını dilə gətiriblər.

 

Pərvin Kərimzadə seçicilərə onu səmimi qarşıladıqlarına, göstərdikləri yekdil dəstəyə görə minnətdarlığını bildirib, onları 9 fevral VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər günü inkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə – Daha güclü Azərbaycan naminə səs verməyə çağırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi