Modern.az

Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR

Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR

27 Yanvar 2020, 18:38

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 27-də ikinci görüşünü Arayatlı, Babı və Mollaməhərrəmli sakinləri ilə keçirib.

Modern.az xəbər verir ki, görüş üçün öncədən prosedurlara uyğun olaraq xüsusi yer ayırlsa da, sakinlərin istəyi ilə tədbir açıq havada keçirilib.

 

Tədbirə göstərilən yüksək maraqdan məmnunluğunu ifadə edən Vüqar Bayramov özü və fəaliyyəti haqqında seçicilərə geniş məlumat verib. O, beyin mərkəzinin qurucusu və rəhbəri kimi müxtəlif proqram və mexanizmlər hazırladığını və onlardan bir neçəsinin ölkə rəhbərliyi və hökumət tərəfindən qəbul edilərək tətbiq olunduğunu bildirib: “Bundan sonra da bütün fəaliyyətimi ölkənin iqtisadi inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə sərf edəcəyəm.”

Deputatlığa namizədin vəkilləri Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən Əmirov Vüqar Bayramovun görüşünə gələn seçicilərin çoxluğundan və fəallıqlarından razı qaldıqlarını, bunu Vüqar Bayramova göstərilən etimad kimi qəbul etdiklərini qeyd ediblər.

 

Görüşdə çıxış edən hər 3 kəndin sakinləri Füzuli rayonunun, Azərbaycanın fəxri olan Vüqar Bayramovun fəaliyyətini yaxından izlədiklərini və 9 fevral seçkilərində Elinə və Elminə güvənən namizədə səsə verəcəklərini bildiriblər.

Görüş bitdikdən sonra Vüqar Bayramov sakinlərlə uzun müddət söhbət edib, onların fikirlərini dinləyib, suallarını cavablandırıb.   

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi