Modern.az

Kobaxidze britaniyalı həmkarını lağa qoydu

Kobaxidze britaniyalı həmkarını lağa qoydu

Dünya

23 İyun 2026, 17:48

Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefası ilə bağlı Gürcüstan Baş naziri İrakli Kobaxidze sərt açıqlama verib.

Modern.az xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərə danışıb və Starmerin vəzifədən getməsini tənqid edib.

Onun sözlərinə görə, Gürcüstanın ən reytinqli televiziya və radio kanallarına qarşı sanksiyalar tətbiq edən “dünyanın ən aşağı reytinqli baş naziri” bir gün sonra vəzifəsini göz yaşları içində tərk edib.

“Bu, cənab Starmerə qayıdan karmadır”, – deyə Kobaxidze bildirib.

Gürcüstan Baş naziri qeyd edib ki, Starmerin istefası onun siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...