Modern.az

Bu türk dövlətləri ərazilərini mübadilə edə bilər

Bu türk dövlətləri ərazilərini mübadilə edə bilər

Aktual

23 İyun 2026, 17:51

Qırğızıstan hakimiyyəti Bişkekdən İssık-Kul gölünə qədər ödənişli avtomobil yolunun tikintisi məqsədilə Qazaxıstana sərhədyanı ərazilərin mübadiləsini təklif edib.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının mətbuat katibi Daırbek Alaqözov məlumat verib.

Onun sözlərinə görə, hazırda İssık-Kula aparan marşrutun bir hissəsi Qazaxıstan ərazisindən keçir. Söhbət tranzit zona hesab olunan təxminən 800 metrlik yol hissəsindən gedir.

Alaqözov bildirib ki, yeni ödənişli yol layihəsinin reallaşdırılması üçün həmin hissə ilə bağlı ərazi mübadiləsi variantı nəzərdən keçirilir.

Qırğızıstanın bunun müqabilində Qazaxıstana hansı torpaq sahələrini təklif etdiyi isə açıqlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları