ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə neft daşımalarının rekord həddə çatdığını açıqlayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, son sutka ərzində Hörmüz boğazından 19 milyon barel neft daşınıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
“Dünən Hörmüz boğazından 19 milyon barel neft keçib. Bu, bütün dövrlərin rekordudur. Neft qiymətləri sürətlə aşağı düşür və dünya daha təhlükəsiz yerə çevrilir”, – ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji tədarükünün əsas marşrutlarından biri hesab olunur. Bu bölgədə vəziyyətin sabit qalması dünya bazarlarında neft qiymətlərinə birbaşa təsir göstərir.