Arxiv
28 Yanvar 2020, 14:54 | AKTUAL
İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər

2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidə etmək məqsədilə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

 

Modern.az xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov növbəti imtahan sessiyasının müvafiq təlimat və əsasnamələrə uyğun keçirildiyini, bunun üçün auditoriyalarda hər cür şərait yaradıldığını bildirib. O, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının gedişinə nəzarət, müraciətlərin qəbulu, eləcə də araşdırılması məqsədilə Qərargah və Apellyasiya Komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İctimai nəzarətin əhəmiyyətinə toxunan rektor, bunun universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin inkişafı, aşkarlığın qorunub saxlanılması, təhsil alanların hüquqlarının müdafiəsi üçün vacib rol oynadığını vurğulayıb.

 

İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, sədr müavini, təhsil eksperti  Nadir İsrafilov, məsul katib, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, üzvlər - fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Respublika Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə universitetin aidiyyəti struktur bölmələrinin rəhbərləri ilə birlikdə imtahan keçirilən auditoriyalarda olub, imtahanların gedişini yaxından izləyiblər. Onlar imtahanların keçirilməsi ilə bağlı tələbələrin fikirlərini dinləyiblər, imtahan sualları ilə tanış olublar.

 

İctimai Şuranın üzvləri imtahan prosesinin gedişini yüksək qiymətləndirərək, hər imtahan sessiyasında olduğu kimi bu dəfə də BMU-da imtahanların şəffaf şəraitdə keçirildiyini bildiriblər. Eyni zamanda, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.

 

Sonra qonaqlar BMU-nun maddi-texniki bazası, həmçinin Biologiya laboratoriyası ilə tanış olublar. Nəzərə çatdırılıb ki, BMU-nun laboratoriyaları və ayrı-ayrı auditoriyalarının ən müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində görülən işlərin davamı olaraq cari ildə yeni ağıllı lövhələr, monobloklar, kompüterlər, noutbuklar, proyektorlar, çox funksiyalı çap maşınları və s. avadanlıqlar alınıb. Şura üzvləri BMU-nun müasir maddi-texniki bazaya malik olduğunu müsbət dəyərləndiriblər və bunun təhsilin keyfiyyətində mühüm rol oynadığını vurğulayıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb - FOTO 21 Fevral 2020, 19:54 Asim Mollazadənin dairəsində məntəqələrdə səsvermənin nəticəsi ləğv OLUNDU 21 Fevral 2020, 19:47 Naftalanda “kompüter istifadəçisi” peşə hazırlığı kursu təşkil olundu - FOTO 21 Fevral 2020, 19:40 "Azəriqaz"da ixtisarlar olacaq? - Sədrdən AÇIQLAMA 21 Fevral 2020, 19:31 Qənirə Paşayevanın dairəsində qutuya topa bülleten atılması təsdiqini tapdı 21 Fevral 2020, 19:24 MSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQ 21 Fevral 2020, 19:18 Məzahir Pənahov deputatlığa namizədi zaldan ÇIXARTDI 21 Fevral 2020, 19:10 Qırğızıstan Prezidenti İlham Əliyevi təbrik etdi 21 Fevral 2020, 19:02 Müğənni Manaf Ağayev polisə çağrıldı - RƏSMİ 21 Fevral 2020, 18:55 DSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDI 21 Fevral 2020, 18:50 DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi- FOTO 21 Fevral 2020, 18:45 İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi oldu 21 Fevral 2020, 18:40 MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR 21 Fevral 2020, 18:35 Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib 21 Fevral 2020, 18:32 Kamal Abdulla Şöhrət Siracəddinovla görüşdü - FOTO 21 Fevral 2020, 18:26 Fəzail Ağamalının dairəsindən şikayətə baxılma müddəti UZADILDI 21 Fevral 2020, 18:21 Məlahət İbrahimqızının dairəsi barədə qərar verildi 21 Fevral 2020, 18:15 Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO 21 Fevral 2020, 18:07 Məzahir Pənahov hərbi hissələrdə səsvermənin təşkilindən danışdı 21 Fevral 2020, 18:00 Həbs olunan icra başçısının videosu yayıldı - VİDEO 21 Fevral 2020, 17:55 MSK Şahin İsmayılovun dairəsində məntəqələrin nəticəsini ləğv etdi 21 Fevral 2020, 17:49 28 saylı dairədə şikayətlər təmin olunmadı 21 Fevral 2020, 17:45 Şikayətçi qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər - MSK sədri 21 Fevral 2020, 17:40 Neftçalanın icra başçısı, müavinləri və şöbə müdirləri saxlanıldı - RƏSMİ 21 Fevral 2020, 17:35 Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib - FOTO 21 Fevral 2020, 17:30 MSK-nın sədr müavini namizədlərə irad tutdu 21 Fevral 2020, 17:24 Afət Həsənovanın seçki dairəsindən şikayətlərə BAXILDI 21 Fevral 2020, 17:18 İcra başçısı məktəbin tikintisi ilə bağlı şirkət rəhbəri ilə görüşüb 21 Fevral 2020, 17:12 Azercell transformasiya ilininin nəticələrini AÇIQLANDI 21 Fevral 2020, 17:06 MSK-da baxılmayan şikayət qala bilməz - Məzahir Pənahov 21 Fevral 2020, 17:00 Rüstəm Xəlilov Talış kəndinin sakinlərilə görüşüb - FOTO 21 Fevral 2020, 16:53 İstirahət günlərinin hava proqnozu açıqlandı 21 Fevral 2020, 16:47 MSK-dan Ramil Həsənin lider olduğu dairə barədə QƏRAR 21 Fevral 2020, 16:41 İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi 21 Fevral 2020, 16:36 Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30