Modern.az

Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək - Çavuşoğlu AÇIQLADI

Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək - Çavuşoğlu AÇIQLADI

Aktual

29 Yanvar 2020, 15:02

"Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var".

 

Modern.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qlobal Jurnalistlər Konseyinin toplantısında deyib. Nazir Türkiyə vətəndaşlarını Çindən evakuasiya edəcək təyyarənin həmin azərbaycanlıları da göyərtəsinə qəbul edəcəyini vurğulayıb:

 

“Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək  və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.

 

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:

 

“Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü