Modern.az

Bill Qeyts  koronavirusla mübarizəyə 100 milyon dollar ayırdı

 Bill Qeyts  koronavirusla mübarizəyə 100 milyon dollar ayırdı

5 Fevral 2020, 22:44

“Microsoft” şirkətinin rəhbəri, milyarder Bill Qeytslə xanımı Melindanın xeyriyyə fondu yeni növ koronavirusla mübarizə məqsədilə 100 milyon dollar vəsait ayırıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə fondun saytında yazılıb. Bildirilir ki, koronavirus əleyhinə vaksinin tapılması, hazırlanması və sınaqdan keçirilməsi işini sürətləndirmək məqsədilə 60 milyon dollar, xəstəliyə yoluxan insanların aşkarlanması, karantinə alınması və müalicəsi üçün 20 milyon dollar ayrılıb. Daha 20 milyon dollar isə Afrika və Cənubi Asiya ölkələrində əhalinin qorunması üçün xəsrcələnəcək.

Vəsait beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim olunacaq.

Qeyd edək ki, koronavirusa yoluxma halı 26 ölkədə qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ