Arxiv
9 Fevral 2020, 14:48 | FOTOSÖHBƏT
Akademik Yaqub Mahmudovla FOTOSÖHBƏT

Fevralın 10-u Milli Məclisin eks-deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun doğum günüdür. 

Modern.az saytı akademikin 81 yaşının tamam olmasını nəzərə alaraq, onunla FOTOSÖHBƏT layihəsini təkrar təqdim edir.

 

Qeyd edək ki, Yaqub Mahmudovun tərcümeyi-halı indiyədək KİV-lərdə qeyri-dəqiq təqdim olunub. Bu, tarixçi alimin ən dəqiq dosyesidir.

 

 

Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 

Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb.

1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim və dosent işləyib.

1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan olub.

Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı işləyib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub.

Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

 

Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Yaqub Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Kiyev, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

Yaqub Mahmudov Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayır. Onun bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.

Yaqub Mahmudov tarix elmimizi dünya miqyasında layiqincə təmsil edir. O, XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.

Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, prezident seçkilərində ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və onların bir sıra rəsmi dövlət səfərlərində iştirak etmişdir.

Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.

 

Elmi dərəcə və adları: tarix üzrə fəlsəfə doktoru (1966), tarix üzrə elmlər doktoru (1989), AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1992) və Dövlət Mükafatı laureatı (2012), Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, “The Name in Science” (“Elmdə ad”) fəxri titulu, “Ən yaxşı baş menecer” fəxri adı və Oksford Akademik Birliyinin fəxri professoru (2019).

 

Təltif olunduğu orden və medallar: “Şöhrət” (1999), “Şərəf” (2009), “Ataman Anton Qolovatıy” (2013), 1-ci dərəcəli “Əmək” (2019) ordenləri, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2018), Milli Məclisin “Parlament” medalı (2018), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “General Səməd Bəy Mehmandarov” yubiley medalı (2019), “Simurq” beynəlxalq medalı (2019), “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Beynəlxalq Qızıl Ulduz” medalı (2019), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2020) və “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordeni (2020).

 

Layiq görüldüyü mükafatlar: “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay” və “Gənclərin dostu” mükafatları laureatı. “Kraliça Viktoriya” Beynəlxalq mükafatı, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı (2016), Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Beynəlxalq Atatürk Mükafatı (2019) və TDABEA-nın “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı (2020).

1961-ci il. 22 yaşım var. Tarix fakültəsində oxuyuram.

Rəsul Rzanın başçılıq etdiyi ilk ensiklopediyaçılardan bir qrup. 9 il Azərbaycan Ensiklopediyasında çalışmışam.

Z.İ.Yampolski, Rəsul Rza və mən (60-cı illərin sonları). Rəsul müəllim çox məşğul olduğu üçün Qobustan səfəri baş tutmurdu ki, tutmurdu. Nəhayət, aprelin ilk günlərinin birində mənə bərk “təpindi”: “Tarixçisən, bir Qobustan səfərini də təşkil edə bilmirsən!” Dedim: “Rəsul müəllim, bu ayda da getməsək, sonra ilanlar qaynaşmağa başlayacaq, heç gedə bilməyəcəyik!”
Nəhayət, Rəsul müəllim Qobustan səfərinin vaxtını təyin etdi və mənə də zarafatla dedi: “O ki qaldı ilan məsələsinə, qorxma! Şübhən olmasın ki, o ilanlar hər gün rastlaşdığımız və bizi sancmaq üçün məqam gözləyən öz ilanlarımızdan betər olmazlar!”
Sonra isə əlavə etdi: “Qobustanı kim yaxşı bilir?” Dedim: “İsaq Cəfərzadə ömrünü orada keçirib. Amma tarixçilər içərisində belə bir məsəl də yayılıb ki, “Əgər Qobustan İsaq Cəfərzadənin qızıdırsa, Yampolski onun sevgilisidir”. Dedi: “Onda Yampolskiyə xəbər ver, gəlsin gedək sevgilisinə baş çəkməyə! Sevgili sevgilisini daha yaxşı tanıyar!”

ADPU-da qəbul imtahanı zamanı.

Xarici səfərlərdən birində.

ABŞ səfəri zamanı Baham adalarına yola düşərkən.

Fövqəladə və səlahiyyətli səfir Mahir Əliyevlə.

Şimali və Cənubi Koreyanın sərhəd xəttində. İki qardaş xalqın – Azərbaycan və Koreya xalqlarının tarixi bir-birinə necə də bənzəyir.

Seul. Metrostansiyada xalqın ümumi istifadəsi üçün yaradılmış pulsuz kitabxana.

Heydər Əliyev mənə “Şöhrət” ordenini təqdim edir. 1999-cu ildə 60 yaşım tamam olurdu. Doğum günümdən 3 gün sonra zəng gəldi ki, saat 20:00-da “Xəbərlər”ə bax. Televizoru açdım, gördüm ki, fərman oxunur, elmin inkişafında, ölkənin ictimai-siyasi həyatında fəal xidmətinə görə Yaqub Mikayıl oğlu Mahmudov “Şöhrət” ordeni ilə təltif olunsun. Araşdırdım, məlum oldu ki, Heydər Əliyev o zaman məsələni öyrənib, Prezident Aparatında mənim işimi kənara atan, mənə mane olan adamı çağırıb və tapşırıb ki, Yaqub Mahmudovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda fərmanı yaz gətir. Bir daha əmin oldum ki, Vətən, xalq üçün çəkilən əmək batmır. Heydər Əliyev məni təltif edən zaman çıxış elədim. Məni sınmağa qoymadığına, basqı və təzyiqlərə rəğmən, qoruduğuna görə təxminən 18 səhifəlik “Vətəndaş etirafı”mı yazıb göndərdim. Diktorlar onu oxuyana kimi nəfəsləri qaralırdı...

Şəki Olimpiya İdman Kompleksinin açılışı (2002). Mənim üçün ağır dövrlərdən idi. Heydər Əliyev tribunaya qalxan kimi barmaq işarəsi ilə məni yuxarı çağırdı. Noyabr ayı idi, bərk soyuq vardı. Mən ayaq saxladım, yerdə nə qədər hökumət adamı vardı, balaca tribunaya dırmaşdılar. Birdən Heydər Əliyev baxıb gördü ki, çağırmadığı adamlar tribunadadır, mən də yetim quzu kimi aşağıda boynu bükük dayanmışam. Həyəcanlı halda məni yenidən çağırdı. Heydər Əliyev danışmağa başlayan kimi dedi ki, Şəki Azərbaycana çox tanınmış adamlar bəxş edib... Sonra da dedi ki, Şəki böyük alimlər də yetirib, böyük alim, böyük tarixçi Yaqub Mahmudov da buradadır. Bununla da Ulu öndər məni təqib edənlərə qarşı nöqtəsini qoydu. Və mən həyatımın ən böyük mükafatını aldım...

Ailə üzvlərim arasında.

 Nəvələrim Xaqan və Sara Xatunla.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?