Arxiv
14 Fevral 2020, 10:34 | ÖLKƏ
Azərbaycanda niyə Ayətullah yoxdur?

İslam dinində şiəliyə aid, ali rütbə hesab olunan Ayətullah ən çox İran İslam Respublikasında rast gəlinsə də, İraq və Livanda da Ayətullah titulu daşıyan din xadimləri çoxdur.

 

Ayətullah dərəcəsi almış din xadimlərinin fətva vermək, İslam hüququna əsaslanaraq hökm çıxarmaq səlahiyyəti var. Həmçinin, Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma ve Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var.

Onlar öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilərlər.

 

Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi alıb. Hazırda İranda 1.000-dən çox Ayətullah var. Bununla yanaşı, Böyük Ayətullah ali titulu da mövcuddur. Şiə məzhəbində bu ən ali titul sayılır və İslam Hüquq (Fiqh), metodologiya (üsul) və fətva vermək hüququ verir.     

Azərbaycanda isə bu ali dini dərəcəni daşıyan din xadimləri yoxdur. Onları “mərcə` at-taklid”-deyə çağırırlar. Hazırda Böyük Ayətullah ali titulunu Əli Xameneyi (İran), Sadik Şirazi (İran), Məkərəm Şirazi (İran), Yusif Sanei (İran), Əli Sistani (İraq) və s. daşıyır.   

 

Maraqlıdır ki, şiə təriqətinə mənsub müsəlmanların çoxluq təşkil etdiyi 4 ölkədən biri olan Azərbaycanda (red – digərləri İran, İraq, Bəhreyn) Ayətullah titulunu daşıytan din xadimi yaşamırt. Buna baxmayaraq, tarixdə əslən Azərbaycandan olan bir sıra Ayətullahlar var. Onların sırasında Ayətullah Məhəmməd Əli Naxçıvani, Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği, Ayətullah Seyid Əli Salyani, Ayətullah Mirzə Əbülqasim Ordubadi Nəcəfi, Ayətullah Məhəmməd Fazil Lənkərani və s. adlarını çəkmək olar. Lakin onlar əsasən, dini təhsil üçün yola düşdükləri İraqın Nəcəf, İranın Qum, Məşhəd kimi şəhərlərində məskunlaşaraq çox az hallarda tarixi vətənlərinə dönüblər.

 

Bəs nə üçün Azərbaycanda Ayətullah dini titulu daşıyan şəxs yoxdur? Bu titulu almaq üçün hansı dini təhsil gərəklidir?

Məsələ haqqında Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli həmin dərəcəyə çatmağın çətinliklərindən danışıb:

 

“Ayətullah Allahın ayəsi, nişanəsi deməkdir. Bu ifadəni alimlərə hörmət olaraq deyiblər.

İctihad, mücdəhidlik məqamına gəldikdə isə, Azərbaycanda bu dərəcəyə çatmış din xadimi yoxdur.

Bu dərəcəyə çatmaq zaman tələb edir. Ayətullah dərəcəsini qazanacaq səviyyədə dini təhsil alan şəxslər olmadığından Azərbaycanda bu rütbəni daşıyan kimsə yoxdur”.

 

Hacı Şahin Həsənli tarixən Ayətullah dərəcəsinə sahib olmuş soydaşlarımızın olmasını istisna etməyib:

“Hətta ola bilər, indi də İslam ölkələrində təhsil alan, Ayətullah rütbəsinə yiyələnmiş şəxslər var”.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naxçıvan Ali Məclisinə sədr seçildi 24 Fevral 2020, 14:53 İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA 24 Fevral 2020, 14:47 Xocalı qurbanları Daşkənddə anıldı 24 Fevral 2020, 14:39 İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək 24 Fevral 2020, 14:28 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib 24 Fevral 2020, 14:22 Nazirlər Kabinetinin saytının adı dəyişdi 24 Fevral 2020, 14:15 Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO 24 Fevral 2020, 14:08 Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF 24 Fevral 2020, 14:02 Fevralın 26-da ilk dərslər Xocalıya həsr olunacaq 24 Fevral 2020, 13:56 Azərbaycandakı zəlzələnin fəsadları – FOTOLAR 24 Fevral 2020, 13:50 Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb - QOHUMLARI 24 Fevral 2020, 13:44 Prezident Əli Əsədovu Komissiyanın yeni sədri TƏYİN ETDİ 24 Fevral 2020, 13:37 Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir - ÜST 24 Fevral 2020, 13:34 Hafiz Hacıyev deyir ki, səhhəti PİSLƏŞİB 24 Fevral 2020, 13:27 Nazirlikdən hava xəbərdarlığı: külək, qar 24 Fevral 2020, 13:21 İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 13:17 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 24 Fevral 2020, 13:14 Qaz xətlərində 42 min qanunsuz qoşulma aşkarlandı 24 Fevral 2020, 13:10 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırıb? - RƏSMİ 24 Fevral 2020, 13:05 Baş direktor narazı sakinlərlə GÖRÜŞDÜ - VİDEO 24 Fevral 2020, 12:59 İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00