Modern.az

İlham Əliyev Qarabağ müzakirələrində Paşinyanı DARMADAĞIN ETDİ - DETALLAR

İlham Əliyev Qarabağ müzakirələrində Paşinyanı DARMADAĞIN ETDİ - DETALLAR

Ölkə

15 Fevral 2020, 22:32

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri Qarabağ münaqişəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masaya qatılıblar.

 

Modern.az xəbər verir ki, İlham Əliyev müzakirələr zamanı bu gün Azərbaycan hərbçisinin şəhid olunmasına diqqət çəkib.

“Ermənistan sülhdən danışır amma bu gün erməni snayperinin atəşi nəticəsində Azərbaycan əsgərinin öldürülməsini necə izah edə bilər?”.

 

Prezident Paşinyana Qarabağdakı qanunsuz rejimin heç kəs tərəfindən tanınmadığını xatırladıb.

“Beynəlxalq Birlik Ermənistana təzyiqləri artırmalıdır. Onlar Ermənistana anlatmalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Heç kim Qarabağdakı o qanunsuz quruluşu tanımır”, - deyə ölkə başçısı Münhen Təhlükəsizlik Konfransındakı paneldə söyləyib.

 

O, Ermənistanın təkcə Dağlıq Qarabağda deyil, ətraf  7 rayonda da azərbaycanlıların etnik təmizləməsini həyata keçirdiyini söyləyib:

“Onlar Azərbaycanda azərbaycanlıların irsini məhv edib, Dağlıq Qarabağda Ermənistanın irsi yoxdur. Dağlıq Qarabağda təxminən 180 min insan yaşayırdı ki, onların da 130 mini erməni, 48 mini isə azərbaycanlı olub. Amma ermənilər azərbaycanlıları oradan qovublar”.

 

İlham Əliyev ermənilərin Qarabağda bütün tarixi toponimləri dəyişdiyini deyib.

“Azərbaycan sülh yolu ilə torpaqların qaytarılmasına ümidini heç zaman itirməyib. Amm erməni tərəfinin ucbatından danışıqlar pozulsa, cavab addımları atılacaq. Biz status-kvonu qoruyub saxlamağa çalışan işğalçı Ermənistanla danışırıq”,- deyə prezident  bildirib.

 

İlham Əliyev Qarabağ münaqişəsinin həlli yolunu da göstərib.

“İlk mərhələdə torpaqlar işğalçı ordudan azad olunmalıdır. İkinci mərhələdə - Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırması həyata keçirilə bilər. Düşünürəm ki, hər iki tərəf buna hazırdır, amma torpaqlar azad olunmadan bu mümkün deyil. Həmişə dediyimiz kimi, Azərbaycan çoxmillətli ölkədir və ermənilər də milli azlıq kimi milli çoxluğun sahib olduğu hüquqlara malik olacaq. Ona görə münaqişənin həlli üçün Ermənistan ordusu Qarabağdan çıxarılır, Azərbaycana qarşı ərazi iddialarından imtina olunur, azərbaycanlılar tarixi torpaqlarına qayıdır”.

 

O, dünya birliyinin də Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını söyləyib.

“Münaqişə mərhələli şəkildə həll olunmalıdır. Əsas torpaqların azad olunması və qaçqınların geri qayıtmasıdır. Dağlıq Qarabağın statusu növbəti mərhələdə həll oluna bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır