Modern.az

Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi

Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi

Aktual

19 Fevral 2020, 20:06

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Gürcüstana ikigünlük rəsmi səfər edib.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

A.Davtyan Gürcüstanın Müdafiə Qüvvələrinin Baş qərargah rəhbəri, general-mayor Vladimir Çaçibaya ilə ikitərəfli görüş keçirib. Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə ediblər.

Görüşdə həmçinin hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq mövzusuna da diqqət ayrılıb.

Ermənistan nümayəndə heyəti səfər çərçivəsində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir