Arxiv
20 Fevral 2020, 10:22 | AKTUAL
Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirildi - FOTO

ABŞ-ın Kaliforniya ştatının San Dieqo Ştat Universitetində (SDSU) Azərbaycana dair mühazirə keçirilib. 1897-ci ildə əsası qoyulan universitet Kaliforniyanın ən qədim universitetlərindən biridir və burada 35 mindən artıq tələbə təhsil alır.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Modern.az-a verilən məlumata görə, SDSU-nun professoru Martin Kruminq mühazirəni açaraq, Azərbaycana etdiyi müxtəlif səfərlərdən danışıb və ölkəmiz haqda xoş təəssüratlarını bölüşüb. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev çıxış edib.

 

Baş konsul N.Ağayev SDSU tələbələrinə Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və coğrafi mövqeyi, eləcə də müstəqil ölkə kimi davamlı inkişafı haqqında ətraflı məlumat verib. Baş konsul həmçinin Azərbaycanın neft sənayesinin tarixi haqqında danışaraq, 19-cu əsrdən bəri neftin Azərbaycanın sosial, iqtisadi və siyasi həyatında hər zaman önəmli rol oynadığını bildirib. O, müstəqil dövlət kimi Azərbaycanın regionda ən güclü iqtisadiyyata malik ölkəyə, dünyanın isə ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini vurğulayaraq, ölkəmizin bir sıra mühüm beynəlxalq enerji və nəqliyyat layihələrini həyata keçirdiyini və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.

 

Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev dinlərarası tolerantlıq və harmoniyanın Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu deyib. O, Azərbaycanda müsəlman, yəhudi, xristian, bəhai və digər dinlərin nümayəndələrinin əsrlər boyu bir-biriləri ilə harmoniya şəraitində yaşadıqlarını və azad şəkildə öz dini ibadətlərini həyata keçirdiklərini diqqətə çatdırıb.

 

Baş konsul daha sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti haqqında ətraflı danışıb. Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunan N.Ağayev münaqişə nəticəsində Azərbaycanın 20 faizədək torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, 800 mindən artıq dinc azərbaycanlının Dağlıq Qarabağ və ətraf yeddi rayondan didərgin salındığını qeyd edib. Baş konsul bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu hərbi işğalı pisləyən məlum qətnamələrini yerinə yetirməkdən boyun qaçırır.

 

Mühazirədən sonra N.Ağayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02 DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi 4 Aprel 2020, 18:54 İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat 4 Aprel 2020, 18:46 "Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Fəxriyyə Xələfova xanımlara SƏSLƏNDİ 4 Aprel 2020, 18:35 KİVDF-nin yeni rəhbəri kimdir? - DOSYE 4 Aprel 2020, 18:10 TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi AXTARIR 4 Aprel 2020, 18:08 Təhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildi 4 Aprel 2020, 18:00 OPEC+ nazirlərinin görüşü niyə TƏXİRƏ SALINDI? 4 Aprel 2020, 17:55 Çində 3 dəqiqəliyə həyat dayandı - VİDEO 4 Aprel 2020, 17:50 Əcnəbilərin hərəkətinə də məhdudiyyət qoyulacaq 4 Aprel 2020, 17:23 Prezidentdən MTRŞ-ə yeni üzv təyinatı 4 Aprel 2020, 17:08 “...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ 4 Aprel 2020, 17:01