Modern.az

Zakir Qaralov yeni idarə rəisi TƏYİN ETDİ

Zakir Qaralov yeni idarə rəisi TƏYİN ETDİ

Aktual

20 Fevral 2020, 12:05

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmrlər imzalayıb.

 

Əmrlərə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov tutduğu vəzifədən azad edilərək Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə, Mütəxəssis təhlilləri şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyinat alıblar.

 

Baş Prokurorluğun veb saytının müvafiq bölməsində yeni təyinatlardan sonra məlumatlar yenilənib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a yeni təyinatları təsdiqləyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır