Modern.az

Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı

Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı

25 Fevral 2020, 10:17

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün saat 09:30 radələrində Şəki-Oğuz avtomobil yolunda qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub.

 

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

 

***

 

Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

 

Qəza zamanı ölən şəxsin “VAZ 21011” markalı avtomobildə sərnişin qismində olan Şəki rayon sakini, 1978-ci il təvəllüdlü Şahid Əşrəf oğlu Rüstəmov olması müəyyən edilib.

 

Yaralılar - Şahid Rüstəmovun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Solmaz Qoca qızı Rüstəmova, onların övladları - 2018-ci il təvəllüdlü Elgün Rüstəmov və 2015-ci il təvəllüdlü Aliyə Rüstəmova, “VAZ 21011”in sürücüsü Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Ramin Sabir oğlu Qocayev və “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Eldar Adil oğlu Vəlibəyovdur. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər (apa). 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir