Modern.az

Maskalar 1 manata satılır, Nazirlik isə araşdırma aparıldığını deyir

Maskalar 1 manata satılır, Nazirlik isə araşdırma aparıldığını deyir

Aktual

25 Fevral 2020, 13:28

Rəsmilər Azərbaycanda koronavirusa yoluxma faktının qeydə alınmadığını bildirsələr də, əhali təşviş içərisindədir. Apteklərdə maska və spirt qıtlığı yaranıb. Bununla yanaşı, əvvəllər qiyməti 5 qəpik olan maskalar 50 qəpik-1 manat arasında alıcılara təklif edilir, təbbi, əgər varsa...

 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb:

 

“Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib.

Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub