Arxiv
26 Fevral 2020, 13:48 | AKTUAL
Komfort zonanı tərk etmək qorxusu – Bunu necə yenməli?

İnsanlar bəzən həqiqətən də nəyisə çox istəyirlər, yaxud da analoji davam edən bir şeyi yeni mərhələyə keçirmək qərarına gəlirlər. Amma hansısa bir güc bu istəyin qarşısında sədd olur. Həmin sədd komfort zona adlanır. Ona başqa sözlə “rahata alışma” da demək olar. Dəyişmək, yenilənmək, çətinliyə düşmək inkişafın əsas yollarıdır. Bəs insanların dəyişikliklərdən niyə gözü qorxur?

 

Komfort zona insanın iş və şəxsi həyatına necə təsir edir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Elnur Rüstəmov deyir ki, öyrəşdiyi rahatlıqdan imtina etmək insan üçün çətindir:

 

“İnsan dəyişikliklərdən ona görə qorxur ki, onun nəticəsini tam şəkildə görə bilmir. Komfort zona tək iş mühitində deyil, evdə, ailədə də ola bilər. Biz onu bütün müstəvilərdə lokallaşdırıb, tətbiq edə bilərik. Tutaq ki, işlədiyi yerdə adamın məvacibi azdır, amma oradan çıxmaq istəmir. Fikirləşir ki, buradan çıxıb, başqa yerə getsəm, yaxşı da ola bilər, pis də. Ümumiyyətlə, insanlar həmişə təminat istəyirlər. Bizdə belə bir deyim də var, azca aşım, ağrımaz başım. Yetər ki, komfortuma dəyməsinlər. Çünki bizim dediyimiz maddi və digər şeylər sonradan gəlir. İnsanın təməl komfortları var ki, onlar təmin olunmalıdır. Fərdi inkişafla bağlı müasir kitablarda bu məqama xüsusilə toxunulur. Düşünürəm ki, insan inkişaf etməlidir. İnkişaf etmək üçün də dəyişikliyə hazır olmalıdır”.

 

Psixoloq komfort zonadan qurtulmaq üçün dəyişikliyi vərdişə çevirməyin vacib olduğunu düşünür:

 

“İnsan psixoloji cəhətdən dəyişikliyə hazır olarsa, komfort zonanı tərk etmək problem olmayacaq. Deyək ki, səhər insanların böyük bir qismi istədiyi vaxtda durmaq istəyir. Bilir ki, erkən qalxmaq və 9-da işdə olmaq lazımdır. Amma durmaq istəmir. Durandan sonra isə deyir ki, nə yaxşı yuxudan tez qalxdım, rahat hazırlaşa bildim, işimdə ola bildim. Komfort zonanı yendikcə, faydasını gördükcə bu artıq onda vərdiş yaradır və sonda insanın inkişafına səbəb olur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20 Hökumətin hesabatına əlavələr edildi 6 Aprel 2020, 12:15 Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə TOPLANDI 6 Aprel 2020, 12:10 Taksi sürücülərinə ŞAD XƏBƏR 6 Aprel 2020, 12:01 Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı 6 Aprel 2020, 11:57 Rusiyada koronavirusa yoluxanların sayı ARTDI 6 Aprel 2020, 11:51 Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA 6 Aprel 2020, 11:40 Azərbaycanda metil spirtindən 8 nəfər öldü 6 Aprel 2020, 11:38 Koronavirusun yox edəcəyi ixtisaslar – SİYAHI 6 Aprel 2020, 11:38 Bütün dünyanın səbirsizliklə gözlədiyi döyüş baş tutmayacaq 6 Aprel 2020, 11:34 Binəqədidə tənhalara yardım edilir - FOTO 6 Aprel 2020, 11:30 Karantin rejimini pozan daha 6 nəfər HƏBS OLUNDU 6 Aprel 2020, 11:27 Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07 “Apple” qoruyucu maskalar istehsal edəcək 6 Aprel 2020, 11:00 “ASAN xidmət”: “SMS-lə verilən icazə təxirə salına bilməz!” 6 Aprel 2020, 10:53 Hökumətin hesabatı 2 gün çəkə bilər 6 Aprel 2020, 10:53 Polisin KİTABI 6 Aprel 2020, 10:40 "Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı 6 Aprel 2020, 10:20 Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılar 6 Aprel 2020, 10:18 Nazirlik bu şəhər və rayonlarda yoxlamalar apardı - inzibati tənbeh qərarı verildi 6 Aprel 2020, 10:06 Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR 6 Aprel 2020, 10:00 Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi 6 Aprel 2020, 09:54