Arxiv
28 Fevral 2020, 16:56 | AKTUAL
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə

9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr açıqlanıb.

 

Modern.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən həmin tövsiyələri təqdim edir:

 

İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və  transportir) gətirməyi unutmayın;

“İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin;

Sual kitabçasını və cavab vərəqlərini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

 Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır; 

“Sual kitabçası”nda 45 test tapşırığı təqdim olunur: 1-15 nömrəli tapşırıqlar xarici dil, 16-35 nömrəli tapşırıqlar Azərbaycan dili, 36-45 nömrəli tapşırıqlar riyaziyyat fənninə aiddir.

Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır;

Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır;

 “Cavab vərəqləri” 2 hissədən ibarətdir:

-       I hissə– qapalı tipli tapşırıqlar üçün;

-       II hissə –ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqlar üçün.

Birinci hissə xarici dili fənnindən 1-4 və 7-11, Azərbaycan dili fənnindən 16-20 və 26-30 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulmuşdur.

İkinci hissə xarici dili fənnindən 5-6 və 12-15, Azərbaycan dili fənnindən 21-25 və 31-35, riyaziyyat fənnindən 36-45 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulmuşdur.

İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

Səhv cavabların nəticələri düz cavablara təsir etmir;

1-4, 7-11, 16-20, 26-30 nömrəli tapşırıqlar qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlarda 5 cavab variantından yalnız biri doğrudur. Doğru bildiyiniz variantı seçib “Cavab vərəqləri”nin I hissəsində həmin sualın nömrəsinə uyğun sətirdə müvafiq dairəni qaralayın. İki və daha artıq dairə qaralanarsa, cavab səhv hesab edilir;

5-6, 12-15, 21-25, 31-35, 36-45 nömrəli tapşırıqlar ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqların həllərini və cavablarını “Cavab vərəqləri”nin II hissəsində həmin tapşırıqların cavablandırılması üçün ayrılmış hissədə səliqəli və oxunaqlı xətlə yazın;

Dinləmə mətni üzrə təqdim olunmuş 1-6 nömrəli tapşırıqları cavablandırmazdan əvvəl  audioqurğuda səsləndirilən mətni diqqətlə dinləyin.

Dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsi aşağıdakı mərhələlərdə aparılır:

-       Dinləmə mətni üzrə verilən tapşırıqlarla tanışlıq – 2 dəqiqə;

-       Dinləmə mətninin ilk dəfə səsləndirilməsi;

-       Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra tapşırıqlara bir daha baxılması – 2 dəqiqə;

-       Dinləmə mətninin ikinci dəfə səsləndirilməsi;

-       Dinləmə mətni üzrə verilən tapşırıqların yerinə yetirilməsi.

Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək;

Riyaziyyat fənni üzrə hər bir tapşırığı cavablandırarkən onun həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) qeyd etmək lazımdır. Nəzərə alın ki, həlliyazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək;

43-45 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;

Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın;

Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatlar iclasa maska ilə gəliblər 30 mart 2020, 11:26 Biz bu virusu hərbi hissələrə daşıya bilmərik - Ziyafət Əsgərov 30 mart 2020, 11:24 Koronavirus 25 milyon insanı işsiz qoyacaq - ŞOK PROQNOZ 30 mart 2020, 11:21 “İnanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq” - Spiker 30 mart 2020, 11:18 Deputatlar parlamentin iclasına tibbi maska ilə gəlib 30 mart 2020, 11:14 Milli Məclis soyqırımı qurbanlarını yad etdi 30 mart 2020, 11:07 Qubada evdən seyf oğurlayan şəxslər saxlanılıb - FOTO 30 mart 2020, 10:58 Aktrisalıqdan deputatlığa - Şəfiqə Məmmədovanın YUBİLEYİ 30 mart 2020, 10:52 Tanınmış azərbaycanlı aparıcı koronavirusa YOLUXDU? - “Haqqınızı halal edin”- FOTO 30 mart 2020, 10:46 “KORONAVİRUS”: jurnalist araşdırması nə GÖSTƏRDİ? 30 mart 2020, 10:43 Polis Şəkidə karantin qaydalarını pozan kafe aşkarladı - FOTO 30 mart 2020, 10:38 Koronavirus qurbanlarının sayı 34 mini keçdi 30 mart 2020, 10:32 Vüqar Həşimovun qardaşına vəzifə verildi   30 mart 2020, 10:26 Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ - FOTOLAR 30 mart 2020, 10:20 İran 100 min məhkumu müvəqqəti evinə göndərdi 30 mart 2020, 10:05 Bakıda liftdə qalan şəxs xilas edilib 30 mart 2020, 09:58 Nazirlik xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adlarını açıqladı - SİYAHI 30 mart 2020, 09:52 65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü 30 mart 2020, 09:46 Konfederasiya sahibkarla bağlı təkliflərini hökumətə təqdim etdi 30 mart 2020, 09:42 Gəncədə karantin rejimini pozan gənclərin valideynlərinə XƏBƏRDARLIQ 30 mart 2020, 09:40 Dolların manata qarşı olan məzənnəsi AÇIQLANDI 30 mart 2020, 09:34 Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU 30 mart 2020, 09:28 Neft 20 dollara düşdü 30 mart 2020, 09:22 Lənkəran Şəhər İcra Hakimiyyəti: Yalan ayaq tutar yeriməz! 30 mart 2020, 09:16 Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi 30 mart 2020, 09:13 Koronavirusla bağlı SON STATİSTİKA  30 mart 2020, 09:10 Çində koronavirusa yoluxanların 93 faizi sağalıb 30 mart 2020, 09:04 Milli Məclis TOPLAŞIR 30 mart 2020, 08:58 Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14 Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq 29 mart 2020, 23:54 Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək 29 mart 2020, 23:37 ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı 29 mart 2020, 23:31