Modern.az

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri AÇIQLANDI

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri AÇIQLANDI

28 Fevral 2020, 20:51

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

 

Modern.az  xəbər verir ki, nəticələrə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 24 və 24-cü ilə eyni nəticəni əldə edən şagirdlər final turunda iştirak etmək hüququ qazanıblar.

Yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər də fənn olimpiadalarının finalında mübarizə aparacaq.

Nəticələrlə  www.olimpiada.edu.az saytı vasitəsi ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar