Arxiv
29 Fevral 2020, 12:35 | MEDİA
Telefondan asılmaq, informasiya bolluğu huşsuzluq yaradır - PROBLEM

 

Hər gün müxtəlif mənbələrdən informasiyalar qəbul edirik. Əlbəttə ki, bu informasiyaların hamısı uzunmüddətli yaddaşımızda qalmır. Lakin aldığımız məlumatın məzmunundan asılı olaraq, istəsək də, istəməsək də ondan təsirlənirik.

 

Elə götürək ölkə və dünya gündəmini zəbt edən koronavirus xəbərlərini. Virusun yayılma arealı genişləndikcə onun haqqında yayılan yalan informasiyaların sayı da artır.

 

İnformasiya bolluğu şəraitində internetdə, xüsusilə  sosial şəbəkələrdə yayılan bu ziyanlı məlumatlar insan beyninin yükənməsinə səbəb olur,  dolayısı ilə sağlamlığa da təsir edir.

 

Bəs beynimizi, psixologiyamızı belə məlumatların axınından necə qoruyaq? İnformasiyaya olan tələbatımızı necə tənzimləyək?

 

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Elnur Rüstəmov lazımsız informasiyalardan uzaq durmağın vacibliyini qeyd edib:

“İnkişaf etmək istəyən hər insan yeni informasiya və məlumatlar almalıdır. Yəni informasiya olmasa, inkişaf da olmayacaq. Sadəcə lazımlı və lazımsız informasiya məsələsi var. Lazımlı informasiya həmişə gərəklidir. Xüsusilə sahə üzrə mütəxəssislər üçün informasiyalar, yeniliklər həmişə əhəmiyyət kəsb edib. Bir də var lazımsız informasiya. Hansı ki o informasiyaların ömrü qısadır. Yəni, bir-iki gün aktuallıq kəsb edir. Bu gün cəmiyyətdə, insanlarda aqressiya yaradan faktorlardan biri də məhz qeyd etdiyimiz lazımsız informasiyalardır ki, həm insanların əhval-ruhiyyəsinə təsir göstərir, həm də psixoloji gərginlik, sarsıntı və bunun fonunda digər şeylərə səbəb olur”.

 

Psixoloq onlayn mediadan asılılığın mənfi nəticələrə, həmçinin travmaya qədər gətirib, çıxardığını da bildirib:

 

“İnformasiya təhlükəsizliyini də qorumaq lazımdır. Sosial şəbəkə idarə oluna bilmir. Orada konkret qaydaların qoyulması bir az çətindir. Ancaq televiziyalarda, yazılı mətbuatda müəyyən kriteriyalar olmalıdır. Məsələn, kriminal xəbərləri hansı formada, hansı saatda vermək lazımdır ki, bu, insanları islah etsin, kriminala təhrik etməsin.

 

Ola bilər ki, jurnalist psixoloji məqamları diqqətdən qaçırsın. Amma bütövlükdə prosesə baxılmalıdır. Çünki bunlar bəzən mənfi fəsadlar törədir. Tutaq ki, hər hansı bir məişət xəbərini sensassiya kimi sosial şəbəkədə verirlər. Nəzərə almaq lazımdır ki, bir hadisə böyük bir toplumda mənfi reaksiyalar verə bilər. Psixoloji sarsıntı, güvənsizlik yarada bilər. Çünki insanlarda ümumiləşdirmə var. Tutaq ki, bir ailə problemini verirlər. Bu problem sosial şəbəkədə veriləndə insanlar eyniləşdirməyə başlayır. İnsan bundan travma alır. Hansı ki məsələnin ona, onun ailəsinə, yaxınlarına aidiyyatı yoxdur. Yaxud da orta məktəbdə bir hadisə baş verir və uşağı məktəbə gedən valideynlər narahatlıq yaşayır və fikirləşirlər ki, onların övladlarının getdiyi məktəbdə də problem var. Ümumiləşdirmədən bir az çəkinmək, hadisəni əlahiddə formada götürmək, niyə baş verdiyini tədqiq etmək lazımdır.

 

Artıq insan yatanda da, səhər oyanan kimi də telefonuna baxır ki, görüm təzə nələr var, yatdığım müddətdə dünyada nə baş verib. Biz də nə baş verdiyini bilmirik axı. Bu, onun əhvalına pis, ya yaxşı təsir göstərə bilər. Nəticədə insan aqqresiv, gərgin, halsız olur. Müəyyən müddətə köklənmiş informasiyalardan uzaq durmaq, ən azından yaxın buraxmamaq, sıradan bir hadisə kimi baxıb keçmək daha yaxşı olar. Düşünürəm ki, zamanla bizim vətəndaşlarda bu immunitet yaranacaq və insanlar özlərini qorumağa çalışacaq”. 

 

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, müasir dövrdə Azərbaycanda beynin informasiya ilə yüklənməsi prosesi ibtidai sinifdən başlayır:

 

“Təhsil sistemimizdə də indiki vaxtda bu cür nöqsanlar var. Çünki ibtidai sinifdə təhsil alan uşaqların öz çantasını məktəbə aparmağa gücü çatmır. Hər cür informasiyanı uşağın beyninə tökürlər. Uşağın beyni də heç ona hazır deyil. Çünki “Başqa ölkələrdə belədir, elədir” deyə bir yarış var. Amma başqa ölkələrdə, məsələn Yaponiyada, Cənubi Koreyada, Malayziyada uşağı 6 yaşına qədər xüsusi hazırlayırlar.

Uşaq birinci sinifə gələndə artıq yetkinləşmiş fərd olaraq müəllimin qarşısında oturur. Bizdə isə beyində sistemləşmə prosesi baş vermədən birbaşa oraya nə gəldi yükləmək istəyirlər. Bu da uşaqlarda stress, yorğunluq, həvəssizlik yaradır. Bir qisminin intellektual imkanı çox olduğundan informasiyanı qəbul edə bilir. Qalanlarında isə çox böyük gərginlik yaradır”.

 

Sosioloq bildirib ki, ziyanlı informasiyalardan ziyanlı qidalar kimi imtina etməliyik:

 

“Necə ki mədəmizin qida qəbul etməyə tələbatı var. Eyni zamanda, beynimizin də informasiya qəbul etməyə ehtiyacı var. İnsanı bir neçə saat informasiyasız qoysan, harada olduğunu bilməsə, dəhşətə gələr. Mən bir dəfə Polşadakı ölüm düşərgələrində olmuşam. Orada ən çox verilən cəzalardan biri o idi ki, insanı qaranlıq bir şkafa salırdılar və adam bilmirdi ki, haradadır. Arabir başına bir damcı su düşürdü  və onunla da diksinirdi. Bu əzab metodlarından biri idi. Ona görə də insanın informasiyaya böyük ehtiyacı var.  Mədə üçün ziyanlı qidalar olduğu kimi beyin üçün də ziyanverici informasiyalar var. Ona görə çalışmaq lazımdır ki, biz yalnız o informasiyalarla beynimizi yükləyək ki, onlar beynimizə ahəngdarlıq gətirir. Yaxud da hansısa informasiyanı almağa məcburuqsa, zövqümüzü oxşayan musiqilər, poeziya nümunələri ilə fasilələr olmalıdır ki, ancaq informasiya intensivliyi olmasın”.                                                                                                                                                                           

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
12201 nəqliyyat vasitəsi postlardan geri QAYTARILDI - 10 nəfər məsuliyyətə cəlb edildi 28 mart 2020, 12:34 Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO 28 mart 2020, 12:28 Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq - Çinin dövlət müşaviri 28 mart 2020, 12:22 Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib 28 mart 2020, 12:15 “Bakı Metropoliteni”indən sərnişinlərə müraciət - iş vaxtı dəyişib 28 mart 2020, 12:07 Hacıqabulda sakinlərlə maarifləndirci və profilaktik söhbətlər aparılıb - FOTO 28 mart 2020, 12:00 Azərbaycan nefti 3 dollar ucuzlaşdı   28 mart 2020, 11:55 BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30000 manatdan artıq ianə edib 28 mart 2020, 11:50 Qazaxa giriş-çıxış BAĞLANDI 28 mart 2020, 11:43 Bakı şəhəri üzrə 2100 avtobus gündəlik xəttə çıxır - Mais Ağayev 28 mart 2020, 11:36 “Könüllü DOST”lardan tənha yaşlılara dost dəstəyi - FOTO 28 mart 2020, 11:29 Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, təlaşa qapılmayaq” 28 mart 2020, 11:22 Onlayn supermarket yaradıldı 28 mart 2020, 11:15 Gənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi 28 mart 2020, 11:07 Nazirlikdən ağacların kəsilməsi fakti ilə bağlı AÇIQLAMA 28 mart 2020, 11:00 Rusiyada koronavirusa qarşı vaksinin yeddi prototipi hazırlandı 28 mart 2020, 10:53 Azərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİ 28 mart 2020, 10:46 Vətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama 28 mart 2020, 10:40 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək 28 mart 2020, 10:34 Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI 28 mart 2020, 10:27 Daha bir yüksək rütbəli məmur işdən çıxarıldı 28 mart 2020, 10:20 Neft kəskin ucuzlaşdı - Son qiymət 28 mart 2020, 10:14 Deputatların koronavirus testinin nəticəsi AÇIQLANDI   28 mart 2020, 10:06 Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO 28 mart 2020, 09:58 Sabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHI 28 mart 2020, 09:50 İbrahim Məmmədov: “Sağalma ilə xəstəliyin yayılma sürəti arasında kəskin fərq var” 28 mart 2020, 09:43 Səhiyyə sistemi çökən ABŞ xaricdən həkim axtarır 28 mart 2020, 09:35 Xaçmazda avtomobil yandı 28 mart 2020, 09:27 Cəbhədə gərgin gecə: Düşmən pulemyotlardan atəş açdı 28 mart 2020, 09:20 “KamAZ” minik avtomobili ilə toqquşdu, ölən və yaralananlar var 28 mart 2020, 09:12 İran Koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq 28 mart 2020, 09:04 Koronavirusala bağlı SON STATİSTİKA 28 mart 2020, 08:48 Yaponiyada 4,9 bal gücündə zəlzələ olub 28 mart 2020, 08:29 Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı 28 mart 2020, 08:16 COVID-19-dan qoruyan məhsulların siyahısı AÇIQLANDI 28 mart 2020, 08:08