Modern.az

Dünya təhlükədə: ÜST koronavirusu pandemiya elan etdi

Dünya təhlükədə: ÜST koronavirusu pandemiya elan etdi

Aktual

11 Mart 2020, 20:44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus açıqlama verib.

 

Cenevrədə keçirdiyi brifinqdə Tedros Adanom Gebreisus bildirib:

"Yaxın günlər və həftələr ərzində yoluxma hallarının, ölümlərin, infeksiyanın yayılacağı ölkələrin artacağını gözləyirik. Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik".

Qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır