Arxiv
13 mart 2020, 13:39 | TƏHSİL
Xaricdəki azərbaycanlı tələbələr koronavirusa görə ölkəyə qaytarılır - Rəsmi

Koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu virusun geniş yayıldığı ölkələrdə Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir.

 

Fonddan Modern.az-a verilən məlumata görə, bununla yanaşı, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən proqram iştirakçıları və onların təhsil aldıqları universitetlərlə sıx təmaslar davam etdirilir.

 

“Mütəmadi olaraq, tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq, təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqələndirilir. Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur.

 

Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil prosesi dövlət tərəfindən dəstəklənir.

 

Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, Gənclər Fondu tərəfindən 2019-cu ildə keçirilib. Müsabiqə çərçivəsində 74 ixtisas istiqaməti üzrə ABŞ və Avropanın aparıcı ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsil almaq hüququ qazanmış gənclər iştirak ediblər.

 

Gənclər Fondu, Koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar həmçinin gənclərin beynəlxalq tədbirlərdə iştirakı və beynəlxalq təşkilatlarda təcrübə proqramlarına da müəyyən məhdudiyyətlər tətbiq etməkdədir”, - deyə məlumatda qeyd olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56 Ədliyyə Nazirliyinin vəzifələri artırıldı 11 İyul 2020, 20:41 Daha  6 472 obyektdə qaydalar pozuldu 11 İyul 2020, 20:28 Şəmkirdə mikroavtobus aşıb: xeyli sayda yaralı var 11 İyul 2020, 20:15 Koronavirusa yoluxan şöbə müdirindən XƏBƏR VAR 11 İyul 2020, 20:09 Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI 11 İyul 2020, 19:59 Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN 11 İyul 2020, 19:50 “Neftçi”nin sabiq vitse-prezidenti koronavirusdan ÖLDÜ 11 İyul 2020, 19:44 Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatlıq ödənişlə qarpız alıb təpikləyən barədə AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər virusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43