Modern.az

Spirtli içkilərə ehtiyac artıb - FƏRQLİ CAVABLAR

Spirtli içkilərə ehtiyac artıb - FƏRQLİ CAVABLAR

Aktual

19 Mart 2020, 14:49

Dünyada sürətlə yayılan koronovirus təhlükəsi bəzi immunitet gücləndirici məhsullara tələbatı da artırıb. Məsələn, Azərbaycanda  sarımsağın qiyməti bu səbəbdən bahalaşıb.

Koronavirusla mübarizə üçün sarımsaqla bərabər spirtli içkidən istifadə etməyi məsləhət görənlər də var.

 

Maraqlıdır, mövcud vəziyyətlə əlaqədar spirtli içkiyə maraq istehlakı artıra bilərmi?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, spirtli içkilərlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

 

 “Ümumiyyətlə, koronovirusun qarşısının alınması ilə bağlı dezinformasiyalar yayılır. Birmənalı şəkildə sarımsaq, spirtli içki, bunların hamısı yalan şeylərdir və bu da qiymətlərə təsir edir. Bu, biznes qrumlarının fəndləridir.

 

İnsanlar sadəcə olaraq immunitetlərini gözləsinlər, soyuqdəymədən özlərini qorusunlar, çalışsınlar, qrip olmasınlar, başlarını soyuğa verməsinlər, qalan şeylərə inanmasınlar. Əlbəttə, belə olarsa, camaat alkoqolizmə qurşanar.

 

Bilirik ki, spirtin əksəriyyəti Çindən gəlir. Çindən gələn spirt də insan nəcisindən alınır. Qurani-Kərimdə deyilir ki, spirti çox pis şeylərdən almaq olar, o cümlədən insan nəcisindən və sidiyindən”.

 

İqtisadçı ekspert Qadir İbrahimli isə bildirib ki, spirtli içki istehlakında kəskin artımdan söhbət gedə bilməz:

 

“Spirtli içkilərin koronovirusun qarşısını alması məsələsi sadəcə bir şayiədir. Hətta bəzi həkimlərin rəyinə görə, sarımsaq da kömək etmir. Əgər bu virusu neytrallaşdırma yolları bəlli olsaydı, belə təhlükəli də sayılmazdı. Yəni, dərhal müalicə edərdilər.

 

İnanmıram ki, koronavirusun qarşısını sarımsaqla, ya da hər hansı spirtli içki ilə almaq mümkün olsun.

 

Bu, sadəcə olaraq şayiədir. Hesab etmirəm ki, bu şayiənin yayılması spirtli içkilərin istehlakına tələbatı artıra bilər. Cüzi artımlar ola bilər, amma ciddi artımlar olmayacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir