Modern.az

Marneuli və Bolnisidə 25 nəfər nəzaratə alındı

Marneuli və Bolnisidə 25 nəfər nəzaratə alındı

25 Mart 2020, 23:59

“Marneuli və Bolnisidə 35 min insan tibbi yoxlanışdan keçirilib”.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O deyib ki, 25-ə yaxın şəxs tibbi nəzarət altına alınıb.

Nazirin sözlərinə görə, hazırda hər iki rayonda vətəndaşların vəziyyəti sabitdir: “Əlavə müdaxilələrə və klinikalara çatdırılmalara ehtiyac yoxdur. Lazım gələrsə, əlbəttə pasiyentlərin sağlamlığına təhlükə yaratmamaq üçün əlavə tədbirlər görüləcək”.

E.Tikaradze qeyd edib ki, Marneuli və Bolnisi əhalisi üçün koronavirusu qısa zamanda müəyyən edən 1 000 test çatdırılıb. Nazirin sözlərinə görə, bu testlərin vasitəsilə koronavirusu 6 saat əvəzinə yarım saata müəyyən etmək mümkündür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir