Modern.az

Əməkdar rəssam Rəşid Şerif vəfat edib

Əməkdar rəssam Rəşid Şerif vəfat edib

26 Mart 2020, 16:03

Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib.

 

Onun sözlərinə görə, R.Şerif martın 26-da vəfat edib. 

 

R.Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.

Allah rəhmət eləsin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...