Modern.az

ABŞ koronavirusa görə Azərbaycana 1.7 milyon dollar ayırdı  

ABŞ koronavirusa görə Azərbaycana 1.7 milyon dollar ayırdı  

İqtisadiyyat

28 Mart 2020, 13:32

ABŞ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbayacana maliyyə dəstəyi ayırıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb.

 

ABŞ Dövlət Departamaneti bildirib ki, 1.7 milyon dollar dəyərində ayrılan yardım Azərbaycanda laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma faktlarının araşdırılması və faktlara əsasən nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk kommunikasiyasını qurmağa kömək edəcək.

 

Son 20 ildə ABŞ Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və ümumilikdə isə müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub.

 

Gürcüstan və Ermənistanın hər birinə isə 1.1 milyon dollar ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir