Arxiv
28 mart 2020, 14:19 | TƏHSİL
Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR  

Koronavirus infeksiyası ilə bağlı 2020-ci il aprelin 20-nə qədər orta və ali məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tətil müddəti uzadılıb.

 

Eyni zamanda, Dövlət İmtahan Mərkəzi tərəfindən 5, 12 və 19 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, 19 apreldə keçirilməli olan rezidenturaya qəbul imtahanı təxirə salınıb.

 

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı dəyişdirilib.

 

Digər bir məsələ isə repititor yanına gedən abituriyentlərlə bağlıdır ki, infeksiya səbəbindən hazırlıq prosesi dondurulub.

 

Təbii, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

 

İddialara görə, imtahanların təxirə salınması məsələsi gündəmə gələ bilər. Çünki pandemiyanın bitmə vaxtı bəlli deyil.

 

O zaman hazırlıqların məlum səbəblərə görə dondurulduğu bir vaxtda abituriyentlərin bilik səviyyəsi necə tənzimlənəcək?

 

Ümumiyyətlə, ağır müharibələr, infeksiyaların yayıldığı dövrlərdə bu cür məsələlər necə idarə olunur?

 

2020-2021-cilləri əhatə edəcək qəbul imtahanları ləğv edilə bilərmi?

 

Modern.az olaraq oxucuları da narahat edən bu və ya digər suallara cavab axtarmağa çalışdıq.

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Nadir İsrafilov mövzu barədə saytımıza bunları deyib.

 

Dövlətin tam nəzarətindədir

 

Fövqəladə hallarda yaranmış şəraitin qiymətləndirilməsi ilə əlarədar öncəgörənlik etmək fikrindən uzağam və belə bir fikrə düşməyi heç kəsə də tövsiyə etməzdim. Hər şeydən əvvəl ona görə ki, belə bir geniş miqyaslı hadisə ilə ilk dəfə üzləşirik və proqnozların özünü nə dərəcədə doğruldub- doğrultmayacağı bizim iradəmizdən deyil, daha çox hadisələrin sonraki gedişindən asılıdır. Digər bir məsələ ondan ibarətdir ki, vəziyyət dövlətin tam nəzarətindədir, o cümlədən imtahanların vaxtı, keçirilib-keçirilməyəcəyi, keçirildiyi təqdirdə formatı belə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

 

Keçid ballarının aşağı salınması təklif oluna bilər

 

Ekspert abituriyentlərin tədris prosesindən ayrı düşməsinin təsirsiz ötüşməyəcəyini də qeyd edib:

 

Bununla belə təhsillə bağlı istənilən baş verə biləcək yenilik və dəyişiklik geniş ictimaiyyətin böyük diqqət və maraq dairəsində olduğundan bu istiqamətdə müxtəlif subyektiv mülahizələr, rəy və təkliflərin irəli sürülməsi də təbii qarşılanmalıdır. Xeyli texniki imkanların olmasına, elektron dərs metodlarının tətbiqinə baxmayaraq, təhsilalanların bilavasitə tədris prosesindən kifayət qadər ayrı düşməsi heç şübhəsiz ki, onların bilik, bacarıq və vərdişlərinə təsirsiz ötüşməyəcək. Bu baxımdan aralıq müddətdə keçilməyən materialların imtahan suallarına salınmaması, ixtisaslar üzrə keçid ballarının aşağı salınması və s. bu kimi güzəştlərə gedilməsi barədə təkliflərə yəqin ki, anlaşıqlı yanaşmaq lazım gələcək.

 

“İkihakimiyyətliliyə” son qoyulub

 

Nadir İsrafilov imtahanların ləğv olunmasının tərəfdarı olmadığını da vurğulayıb:

 

O ki, qaldı mənim subyektiv fikrimə, imtahanların tamamilə ləğv olunmasının tərəfdarı deyiləm, baxmayaraq ki, bu kimi təkliflərin də sayı az deyil. Əgər vəziyyət sabitliyə doğru gedərsə, həyat öz əvvəlki axarına düşərək, aktiv proseslərə başlanılarsa kompensasiya stimulu kimi buraxılış və qəbul imtahanlarını birləşdirməklə təkpilləli vahid imtahan prosesinə keçid etmək olar. Razılaşaq ki, dünya təcrübəsində uzun illərdən bəri tətbiq olunan təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, “ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Belə bir modeli tətbiq etməklə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli gərginliyini azaldar, eyni zamanda vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edə bilər, gəncləri əlavə stressdən, bir ay ərzində iki dəfə psixoloji təzyiqə məruz qoymaqdan çəkinmək kimi zəruri bir məsələni həll edə bilərik. Bir də ki, təhsilalanların yekun qiymətləndirilməsinin yeni qaydalarının hazırlanması ilə bağlı rəsmi anons hələ bir neçə il bundan qabaq verilmişdi. Artıq, alternativ təhsil alma və imtahan tətbiq etmə metodları barədə düşünməyin zamanıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17