Modern.az

İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir

İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir

Aktual

29 Mart 2020, 22:20

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz şəhərindəki Cundi Şapur Tibb Elmləri Universitetində (Ahvaz Jundishapur University of Medical Sciences) koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir.

Modern.az  "Trend"ə istindən xəbər verir ki, bunu universitetin elmi heyətinin üzvü Mənsur Əmin Tasnim informasiya agentliyinə açıqlamasında deyib.

M.Əminin sözlərinə görə, Əhvaz şəhərinin Razi xəstəxanasında bitkidən alınan flavonoidlə hazırlanan bu dərman indiyədək 10 xəstə üzərində sınaqdan keçirilib.

O əlavə edib ki, 5 koronavirus daşıyıcısı bu dərmana müsbət reaksiya verib və ilkin nəticələr dərmanın COVID 19-un müalicəsində effektiv olduğunu göstərir.

İranlı tibb rəsmisi digər xəstələrin də bu dərmana müsbət reaksiya verəcəyinə ümid edib.

“Nəticələr müsbət olduğu halda, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin təsdiqi ilə digər xəstələrin üzərində də dərmanı sınaqdan keçirmək olar”, – deyə o qeyd edib.

Qeyd edək ki, nazirlik bu günədək (29 mart) 38 309 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 640 nəfərin öldüyünü və 12 391 nəfərin sağaldığını təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər