Modern.az

Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI

Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI

1 Aprel 2020, 13:18

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında keçirilən qanunsuz “seçki”lərin ilkin nəticələri məlumdur.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “seçici fəallığı”nın 72,7% yaxud 76 471 nəfər olduğu qanunsuz “səsvermə”də sabiq “baş nazir” Araik Arutunyan liderliyi ələ alıb. Ona azı 33 min “seçici”nin dəstəklədiyi vurğulanır.

 

Növbəti pillədə qərarlaşan Masis Mailyana 16,3 min, üçüncü pillədə qərarlaşan Bitali Balasanyana isə 8,6 min nəfərin “səs verdiyi” açıqlanıb.

 

Beləliklə, “seçki”lərin nəticəsindsən asılı olamayaraq, “Qarabağ klanı”nın sonnucu revanş ümidi və Nikol Paşinyanın şəxsi düşməni sayılan general-mayor Vitali Balasanyan seçki şousunun ikinci turuna çıxmaq şansını itirib.

 

Qondama “seçki”lər Nikol Paşinyan hakimiyyəti tərəfindən məhz Balasanyanı neytrallaşdırmaq və Qarabağda şəxsi sədaqətini sübut etməyə can atan Araik Arutunyan yaxud Massis Mailyanı gətirməyi planlaşdırırdı.

Robert Koçaryana və Serj Sarkisyana cinayət işi açaraq “Qarabağ klanı”nın rəhbər strukturlardakı bütün simalarını istefaya göndərən Paşinyan Qarabağda da ona loyal sayılan “lider” seçməyə nail oldu.

 

 

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?