Modern.az

Mərkəzi Bankdan manat açıqlaması: “1 aprel zarafatlarına inanmayın”

Mərkəzi Bankdan manat açıqlaması: “1 aprel zarafatlarına inanmayın”

İqtisadiyyat

1 Aprel 2020, 13:20

 

“Whatshapp” sosial şəbəkəsində Mərkəzi Bankın internet səhfəsinə istinadən Azərbaycan manatının xarici valyutalara qarşı rəsmi məzənnəsinə dair yalnış məlumat yayılıb.

Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-a bildirib ki, bu, çox uğursuz və məsuliyyətsiz 1 aprel zarafatıdır:

“Bildirirəm ki, Mərkəzi Bankın rəsmi internet səhifəsində 1 aprel 2020-ci il tarixi üçün Azərbaycan məzənnələrinin tam siyahısı yerləşdirilib (www.cbar.az)”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı