Modern.az

Milli Məclisin iclasının gündəliyi açıqlandı

Milli Məclisin iclasının gündəliyi açıqlandı

Aktual

2 Aprel 2020, 15:35

Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

 

Onun sözlərinə görə, iclasın gündəliyinə 5 məsələ daxildir:

 

"Bunlar Milli Məclis deputatının statusu, Milli Məclisin Daxili Nizamnaməsi və digər məsələlərlə bağlı qanunlara dəyişiklik layihələridir".

 

Aprelin 7-də keçiriləcək Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı da müzakirəyə çıxarılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır