Modern.az

Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”

Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”

Dünya

3 Aprel 2020, 17:10

“Martın 21-dən Gürcüstan tam olaraq karantin rejiminə keçdi. Gələn birinci gün karantin müddəti başa çatır. Gürcüstanda yoluxmaların sayının az olmasına səbəb karantin rejiminə daha tez keçmək oldu. Əgər belə olmasaydı, yoluxma və ölüm halları çoxalardı. Ümumdünya Səhiyyə Təşkilatı da Gürcüstan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Hesab edirəm ki, koronavirus pandemiyasına bu formada qalib gəlmək mümkndür”.

Bu fikirləri Modern.az-a hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev son günlərin koronavirus infeksiyasından danışarkən deyib.


Deputat bildirib ki, azərbaycanlıların sıx məskunlaşdığı Marneulidə həyat normaldır:

“Martın 22-də Marneulidə bir qadının koronavirusa  yoluxması ilə bu bölgə karantinə alındı. İndi həmin qadının vəziyyəti normaldır. Küçədə bir nəfər də olsun azərbaycanlı görə bilməzsiniz. Hamı evdə oturaraq qaydalara riayət edir. Burada “komendant saatı” elan olunub. Yalnız müəyyən işlərə görə evdən çıxmağa icazə var. Tiflisə gediş-gəliş bağlıdır. Mən özüm də burada yaşayıram. Bir aydır ki, Tiflisə gedə bilmirəm. Bildiyiniz kimi, Gürcüstan parlamenti koronavirusa görə onlayn sistemə keçib”.

Mahir Dərziyevin sözlərinə görə, Gürcüstan hökuməti bəzi güzəştlər edib:

“Bütün əhali 3 aylığına işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub. Mart, aprel və may ayları ərzində 200 kilovat elektrik  və 200 kub qaz enerjisi istifadə edən hər kəsin xərcini (kommunal xərcləri də daxil) dövlət ödəyəcək. Təbii ki bu güzəştlər soydaşlarımıza da aiddir“.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi