Rezidenturada təhsil almaq üçün bu il 1762 namizəd ərizə verib.
Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Müraciət edənlərin 40,41 faizini (712 nəfər) oğlanlar, 59,59 faizini (1050 nəfər) isə qızlar təşkil edib.Namizədlər arasında cari ildə əsas (baza ali) tibb təhsilini başa vuranların sayı 581 nəfər olub. Bu da ümumi müraciətçilərin 32,97 faizinə bərabərdir.
Cari ilin məzunları arasında 215 nəfər oğlan (37,01 faiz), 366 nəfər isə qızdır (62,99 faiz).
Beləliklə, rezidenturaya müraciət edənlər arasında həm ümumi sayda, həm də cari ilin məzunları arasında qızların üstünlük təşkil etdiyi müşahidə olunur.