Modern.az

Gəmilər Hörmüzə yaxınlaşmamalıdır - SEPAH

Gəmilər Hörmüzə yaxınlaşmamalıdır - SEPAH

Dünya

Bu gün, 19:18

İsrailin Livanda həyata keçirdiyi hücumlar fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlanması barədə açıqlama yayıb.

Modern.az xəbər verir ki, məlumat SEPAH-ın rəsmi "Telegram" kanalında dərc olunub.

Açıqlamada qeyd olunur ki, İsrailin Livandakı əməliyyatları və ABŞ-nin atəşkəsin təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən Hörmüz boğazı bütün gəmi hərəkəti üçün bağlanıb.

Məlumatda bildirilir: "İsrailin Livanda törətdiyi cinayətlər və ABŞ-nin atəşkəslə bağlı öhdəliklərini pozması ilə əlaqədar olaraq, Hörmüz boğazı bütün gəmilərin üzünə bağlanıb".

SEPAH həmçinin vurğulayıb ki, boğaz hazırda bağlı vəziyyətdədir və gəmilər bu əraziyə yaxınlaşmaqdan çəkinməlidirlər.

"Əks təqdirdə onların təhlükəsizliyi ciddi risklərlə üzləşə bilər", – deyə açıqlamada qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV