Modern.az

Ceyhun Bayramov özbək həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov özbək həmkarı ilə müzakirə apardı

Aktual

Bu gün, 17:58

20 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, əldə olunmuş razılaşmaların icrası, habelə ticarət, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV