Modern.az

Vens İranla danışıqlar üçün İsveçrəyə gedəcək

Vens İranla danışıqlar üçün İsveçrəyə gedəcək

Dünya

20 İyun 2026, 18:22

ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İranla danışıqlar üçün İsveçrəyə getməyi planlaşdırır.

Modern.az "Fox News"a istinadən xəbər verir ki, o, bu barədə "Mən təxminən yaxın iki gün ərzində yola düşməyi planlaşdırıram", - deyib.

C.Vens, həmçinin bildirib ki, amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner artıq İsveçrədədirlər və orada texniki məsələlər üzrə məsləhətləşmələr aparırlar.

Onun sözlərinə görə, tezliklə İrandan olan komanda üzvləri də İsveçrəyə getməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!