Modern.az

İranla ABŞ İsveçrədə məsləhətləşmələr keçirəcək - Pakistan XİN

İranla ABŞ İsveçrədə məsləhətləşmələr keçirəcək - Pakistan XİN

Dünya

Bu gün, 19:01

İslamabad Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasının davamı olaraq, 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenstok şəhərində texniki səviyyədə danışıqlar keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

"ABŞ və İran nümayəndələri, Pakistan ilə Qətərdən olan vasitəçilərlə birlikdə müzakirələrdə iştirak edəcəklər", - bəyanatda deyilir.

Bildirilib ki, Pakistan vasitəçi rolunda prosesi asanlaşdırmağa davam edəcək: "Məqsəd (sülh prosesini) inkişaf etdirmək, İslamabadda əldə olunan razılaşmalar əsasında Qarşılıqlı Anlaşma Memorandumunu icrasına başlamaqdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV