Modern.az

Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə oluna bilərmi? – Fərid Şəfiyev cavablayır

Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə oluna bilərmi? – Fərid Şəfiyev cavablayır

Aktual

5 Aprel 2020, 14:34

Dünyada COVİD-19 pandemiyasina yoluxanların sayı bir milyonu ötüb. Ölü sayı isə durmadan artır.

 

Bəzi siyasi dusərgələrdə, eləcə də bir çox insanlar COVİD-19 pandemiyasını üçüncü dünya müharibəsi adlandırır.

 

İddialara görə, COVİD-19-un digər iki müharibədən yeganə fərqi silahsız olması və hücumun hansı dövlətə qarşı nə zaman olmasıdir.

 

Artıq bəzi ölkələr koronavirusla mübarizəyə qoşun göndərir.

 

ABŞ hökuməti ştatlarda koronavirusla mübarizə məqsədilə əlavə minlərlə əsgər göndərəcək. Bu barədə Amerika prezidenti Donald Tramp bəyan edib. Onun sözlərinə görə, onlar hazir olmadıqları döyüşə, müharibəyə gedəcəklər.

 

Belə olan təqdirdə, gözəgörünməz olduğu kimi, həm də sürətlə yayılan və təhlükəli olan COVİD-19 bəşəriyyət üçün müharibə ola bilərmi?

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev mövzu barədə Modern.az-a danışarkən  COVID-19-un müharibə olduğunu düşünmədiyini bəyan edib:

 

COVID-19 müharibə deyil

 

"Düzdür, bəziləri bunu müharibə kimi qələmə verməyə çalışır. Ancaq siyasi baxımdan COVID-19 pandemiyası müharibə deyil.

 

Ona görə də fərziyyələrə inanmıram. Bəziləri belə fikir səsləndirirlər ki, bu virus hansısa laboratoriyada icad olunub. Yetərli və tutarlı sübut olmadan belə  fərziiyyələrə inana bilmərəm. İlk vaxtlarda bu virusun Amerikada Çinə, İrana qarşı yarandığını iddia edirdilər. Bu gün isə əksini deyirlər. Ona görə də deyilənləri ciddi qəbul etmirəm".

 

Daxili qoşunları yoxdur

 

Sədr pandemiya dövründə  ordu hissələri ilə bağlı məsələyə də münasibət bildirib:

 

"O ölkələrdə ki ordu birləşmələrindən istifadə edirlər, həmin dövlətlərin güc strukturlarinda daxili qoşunlar yoxdur. Digər tərəfdən isə həmin ölkədə pandemiyanin iqtisadi təsiri nəticəsində daxili münaqişə baş verə bilər. Ona görə də bəzi dövlətlər qoşunlara ehtiyac olduğunu söyləyirlər".

 

Fərid Şəfiyev ölkəmizdə ordu hissələrindən istifadə olunmasına ehtiyac olmadığını deyib:

 

"Azərbaycanin polis və daxili qoşun birləşmələri var. Koronavirusla mübarizədə ordu hissələrindən istifadə olunmağa ehtiyac yoxdur. Ola bilsin ki, hər hansı mərhələdə rəhbərlik qərar verə bilər. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki ölkəmizdə sabitlik hökm sürür".

 

Dünyada köklü nələrsə olmayacaq

 

BMTM-nin sədri koronavirus bitəndən sonra dünyanın tam dəyişməyəcəyini qeyd edib:

 

"Hesab edirəm ki, koronavirus pandemiyası bitəndən sonra normal həyatımıza qayıdacağıq. Bəzilərinin düşüncəsinə görə koronavirusdan sonra dünya başqa cür olacaq. Ola bilsin ki, səhiyyə sahəsində ciddi dəyişikliklər baş versin. Ümumdünya Səhiyyə Təşkilatına daha çox yardim edilsin. 2001-ci ildə Amerikaya qarşı terror hadisəsindən sonra müəyyən dəyişiklikləri müşahidə etdik. Pandemiyadan sonra da belə dəyişikliklər ola bilər. Köklü şəkildə isə nə beynəlxalq əlaqələr sistemi, nə də başqa sahələr dəyişəcək. Bir ildən sonra dünya əvvəlki kimi olacaq. Təbii ki, iqtisadi çətinliklər yaranacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür